Bölmələr
Saytda axtar
Videofraqment
[youtube=http://http://www.youtube.com/watch?v=dVzIRDzfCD4&feature=related]
MİLLİ QƏHRAMAN
Ən çox oxunan
Sorğu
Azərbaycanda inqilab olmasını istərdinizmi?
Bəli
Xeyr

Təqvim
Ən son xəbərlər

Seyran Ohanyan Azərbaycana hədə-qorxu gəlir

Seyran Ohanyan  Azərbaycana hədə-qorxu gəlir


Ermənistanın müdafiə naziri Seyran Ohanyan Tavuş rayonunda erməni qüvvələrinin ön mövqelərində olub. O, hərbçilərlə və yerli sakinlərlə görüş zamanı bildirib ki, Azərbaycan tərəfdən yeni atışma olarsa erməni tərəfi sərt cavab verəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, son həftələrdə Ermənistan-Azərbaycan sərhədində bir neçə ciddi insident baş verib. Nəticədə hər iki tərəfdən 8 hərbçi həlak olub, 10-dan çox adam yaralanıb. Tərəflər bir-birini təxribatda ittiham ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 10-da gün ərzində cəbhənin təmas xəttində atışma davam edib. Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonlarında atışma dava intensiv olub. Azərbaycan tərəfdən itki yoxdur.
      Oxunub: 486




Azərbaycanda 3 uşaqlı ailələrə ev veriləcək
Nazirlər Kabinetində "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi hazırlanıb

ABŞ səfiri müxalifətlə qapalı görüş keçirib

Görüşdə AXCP, Müsavat, VHP, Ümid və digər partiyaların rəhbərləri iştirak edib

Hürrəm Sultan Türkiyəni tərk etdi
Məryəm Üzərli tükəndi

Rusiyaya yalnız dəvətnamə ilə getmək olacaq

MDB vətəndaşlarının Rusiya ərazisinə yalnız dəvət əsasında buraxılmasına dair yeni sistem hazırlanır. Bu barədə bu gün jurnalistlərə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romandovski bildirib.
“Ölkələrarası viza rejimi bu gün üçün aktual variant deyil. Miqrantların Rusiyaya ən çox gəldiyi ölkələrlə dəvət üzrə gəliş sisteminin yaradılmasına baxıla bilər. Bu sistemin tətbiqi istisna olunmur”- deyə Romandovski vurğulayıb.
O bildirib ki, bu asan məsələ deyil və əlavə işlərin aparılmasını tələb edir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Məkanına üzv olmayan dövlətlərin vətəndaşları üçün qaydaları sərtləşdirməyi təklif edib. Belə ki 2015-ci il yanvarından bu zonaya daxil olmayan ölkələrin vətəndaşları üçün Rusiyaya daxil olmaqla bağlı müəyyən edilmiş imtiyazlar ləğv ediləcək.
Azərbaycan isə Avrasiya İqtisadi Məkanına daxil deyil.

"Türkiyə "türkəm" deyib qürurlanan 300 milyonluq gücə arxalanır"
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Türkiyədə ilin qeyri-hökumət təşkilatı seçilib


"Qorxuram"
“Məscid hələ də əqidə qardaşlarımızın üzünə bağlıdır”

Abdulla Gülün həyat yoldaşı “Linkoln” filmi barədə danışıb
"Onun yaşadığı bəzi şeylər mənim də başıma gəlib"

"Orduda ayrıca hərbi psixoloq ştatı olmalıdır"
"Bu, Azərbaycan ordusunun ən zəif nöqtəsidir"



Moskvada terror hadisəsini planlaşdıran ruslar olub
Onların bu planı Əfqanıstan-Pakistan ərazisində hazırladığı aşkarlanıb.

Dağıstanda qoşa terror aktı: 8 nəfər ölüb
Partlayışlar 15 dəqiqə fasilə ilə törədilib

Abşeron-Binə peşə liseyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Fakta görə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb


Talışlar Bakıda toplantı keçirdi
“TALIŞ RUHU” musiqili ədəbi məclisində Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və tanınmış hüquqşünas Aslan İsmayılov da çıxış edib.

Azərbaycanda baş redaktora hökm oxunub
“Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə ittiham olunur.

 
 
PaT.Az © 2013, The site created : By XaKeR_HaFiZ
Təsisçi: Eldəniz Elgün